Boru mühəndisi

Vəzifə təlimatı:

  • Birləşmələrin (qovşaqların) boru kəmərində quraşdırılmasını təşkil etmək;
  • Boruların standartlara uyğun mərkəzləşdirilməsinə nəzarət etmək;
  • Eskiz üzrə nişan vurulması, armatura və fasonlu hissələrin qurulmasına nəzarət etmək;
  • Qaynaq işi aparmaqla boru kəmərlərində quraşdırma və bərpa işlərinin icra edilməsinə nəzarət;
  • Kranların və siyirtmələrin yoxlanması və təmir işinin təşkil edilməsi;
  • Nəzarət-ölçü cihazlarının sökülməsi və quraşdırılması işinin təşkili;
  • Boru kəmərinin hissələrinin və quraşdırma birləşmələrinin üfürülməsi və kipliyə yoxlanması, keçidlərin, aşırımların, makarların quraşdırılması işinin təşkili və həyata keçirilməsi;
  • Boru kəmərləri çəkildikdə və onların təmiri aparıldıqda kranların, boru düzən traktorların və ekskavatorun idarə edilməsi;
  • Kranın, boru düzən traktorun, ekskavatorun işinin, yanacaq və yağ materiallarının sərfi uçotunun aparılması;
  • Yüksək təzyiq altında işləyən boru kəmərlərinin qaynaq edilməsinə nəzarət;
  • Bütün işlərin təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməklə icra olunmasına nəzarət etmək;

Bilməlidir:

  • Bütün boru kəmərləri tikililərinin sxemi və quruluşu;
  • Keçidlərin, aşırımların, makaraların quraşdırılmasına olan tələblər;
  • Boru kəmərlərinin üfürülməsi və kipliyə yoxlanılması qaydaları;
  • Boru kəmərlərinin, qabların və keçirmə birləşmələrinin sınanması normaları;
  • Boru kəmərlərinin yerləşməsi sxemi və neft məhsulları vurucu, qaz paylayıcı stansiyaların (məntəqələrin) və qəza-təmir məntəqələrinin avadanlığının quruluşu;
  • Cizgilərin və eskizlərin oxunması; qaynaq işlərinin texnologiyası;