Haqqımızda

2012-ci ildə yaranmış ABCON şirkəti bir çox əhəmiyyətli layihələrin icrasında geniş təcrübəyə malikdir. Gənc şirkət olmasına baxmayaraq, sağlam əsaslarla yaradılmış ABCON professional kadr heyətinə malikdir.

Şirkət tərəfindən layihələrin icrasında böyük təcrübəyə malik yüksək ixtisaslı azərbaycanlı, türk, alman və rus mütəxəssislərdən ibarət zəngin kadr heyətinin gərgin və sistemli əməyindən istifadə olunur.

Həyata keçirdiyi hər hansı layihə şirkət üçün sadəcə uzunluq, hündürlük, dərinlik, genişlik, həcm və digər texniki ölçülərin rəqəmlərlə ifadə olunması demək deyildir. Bu çoxsaylı kəsişən problemlərin kompleksli şəkildə həllini tələb edən mürəkkəb sistemin, nəhayi məqsədə çatmasının yollarını  tapmaq istiqamətində idarə edilməsi deməkdir. ABCON öz fəaliyyətində yüksək professionallıq, yeni texnologiyaların tətbiqi və korporativ idarəetmə prinsiplərinə əsaslanır. Fiziki, texniki və intelektual resursların  optimal edarə edilməsi ilə öz partnyorlarının, işçilərinin və müştərilərinin məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsi şirkətin əsas məqsədidir.

Screenshot (10)
Tunel11