Stansiya

HÖVSAN AERASİYA STANSİYASI

Layihənin vəziyyəti: Tamamlanıb

Keçən əsrin 70-80-cı illərində istismara verilmiş Hövsan Aerasiya Stansiyası son dəfə 20 il əvvəl əsaslı təmir edilmişdir. Bu stansiya məhsuldarlığl 640 min kubmetr/sutka olmaq şərti ilə Bakı şəhərində çırkab sutəmizləyici qurğuların ən böyüyü olaraq kanalizasiya tullantılarının  60%-nın təmizlənməsi funksiyasını yerinə yetirir. Ümumi sahəsi 73 hektar, su durultma hovuzlarının sayı 12-dir. Son zamanlar fəaliyyətində yaranan problemlərə görə Stansiyada əsaslı təmir-bərpa işlərinə ehtiyac yaranmışdır. “AbCon” şirkəti obyektin bütün mexaniki vasitələrini, o cümlədən son durultma hovuzlarını, palçıq qurutma sexlərini bərpa etmişdir. Əlavə olaraq şirkətimiz tərəfindən uzunluğu 150 metr, tərəflərinin ölçüsü 2,5 m olan beton qalereya, qum tutucular üçün beton platformalar inşa edilmiş, beton hovuzların yenidən suvanıb boyanması işləri görülmüşdür.