Tunel

Xırdalan-Xocahəsən-Sulutəpə Tunel tipli kanalizasiya kollektoru

Layihənin vəziyyəti: Tamamlanıb

Layihədə görülən işlər:

7.5 km uzunluğunda tunel layihəsi Azərbaycan üçün yeni, nüfuzlu layihələrdən biridir. Tunel qazmaq üçün Alman istehsalçı firmalarından olan Herrennechtdən Tunel Qazma Maşını alınmışdır. 9 ədəd şaxtadan ibarət olan tunelin giriş şaxtası üçün 22 m uzunluğunda 1 m diametrində 138 ədəd svay vurulmuşdur.

Layihə barədə məlumatlar aşağıdaki kimidir:

  • Tunelin daxil diametri: 2850mm
  • Tunelin xarici diametri: 3550mm
  • Tunelin ümumi uzunluğu: 7.531 m
  • Şaxtanın ümumi dərinliyi: 296 m
  • Şaxta sayı: 9

Layihə çərçivəsində 250 nəfərlik yataqxana, anbar, beton seqment emalatxanası, yeməkxana, elektrik ötürücü stansiyanın da olduğu muasir düşərgənin inşaatı tamamlanmış və yaşıllıq zolaqları salınmışdır.